“Barselona”nın “Kamp Nou”ya qayıdacağı tarix bəlli olub

Barselonanın yenidənqurma işləri aparılan “Kamp Nou”ya geridönüş tarixi açıqlanıb.

Sportline.az “Mundo Deportivo”ya istinadla xəbər verir ki, “Barselona” 2024-cü il dekabrın 15-də doğma stadiona qayıdacaq.

Yenidənqurma işləri tam başa çatdıqdan sonra stadionunun tutumu 105 min nəfərə çatacaq.

Xatırladaq ki, “Barselona” klubu Çempionlar Liqasının ¼ final mərhələsində PSJ-yə iki oyunun nəticəsinə görə 4:6 məğlub olaraq mübarizəni dayandırıb.