"Barselona"nın ulduzu "El Klassiko"da iştirak edə bilməyəcək
"Barselona" klubunun hücumçusu Robert Levandovski La Liqanın 32-ci turunda "Selta" ilə qarşılaşmada (4:3) zədə alıb.
Sportline.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, onun ən azı üç həftə yaşıl meydanlardan uzaq qalacağı ehtimal olunur.
Levandovskinin 26 aprel tarixində “Real Madrid”ə qarşı keçiriləcək Kral Kubokunun final qarşılaşmasını buraxacağı gözlənilir.
Təcrübəli futbolçunun Çempionlar Liqasının yarımfinal mərhələsində “İnter”lə olacaq oyunlarda (30 aprel və 6 may) iştirak şansı da olduqca azdır.