"Barselona"nın yeni hədəfi bəlli olub
"Barselona" "Liverpul"un kolumbiyalı futbolçusu Luiz Diazı heyətinə qatmağı planlaşdırır.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, Kataloniya klubu oyunçunun meneceri ilə təmas halındadır.
28 yaşlı futbolçunun transfer qiyməti 85 milyon avrodur. O, ötən mövsüm meydana çıxdığı 50 matçda 17 qol 5 asistlə yadda qalıb.
Qeyd edək ki, Luiz Diazın "Liverpul"la müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.