"Barselona"nın yeni kapitanı bu futbolçu olacaq

"Barselona"nın qapıçısı Mark Andre Ter-Şteqen komandada kapitanlığa ən real namizəddir.

Sportline.az AS qazetinə istinadla xəbər verir ki, alman qolkiper təkcə komandaya təsir imkanlarına görə deyil, həm də yeni baş məşqçi Hans-Diter Fliklə heç bir dil problemi yaşamayacağına görə kapitanlığa əsas namizəd hesab olunur.

Frenki De Yonq və Ronald Arauxonun vitse-kapitan olacağı gözlənilir. Onlara hələ adı bəlli olmayan daha bir futbolçu qoşulacaq. Əsas namizədlər Robert Levandovski və Pedridir.

Qeyd edək ki, komandanın kapitanlarının yekun tərkibi ənənvi olaraq hər il təşkil olunun Qamper Kubokundan sonra müəyyənləşəcək.