Baş hakim huşunu itirdi, görüş yarımçıq başa çatdı

Kot d İvuar və Efiopiya milli komandaları arasındakı Afrika Millətrlər Kubokunun seçmə oyununda xoşagəlməz hadisə yaşanıb.

Sportline.az xəbər verir ki, Kot d İvuarın Abican şəhərindəki qarşılaşmanın baş hakimi Çarlz Bulu 81-ci dəqiqədə özünü pis hiss edərək yerə yıxılıb.

Huşunu itirən referi xərəkdə meydanı tərk edib və xəstəxanaya aparılıb. Onun durumu ilə bağlı rəsmi açıqlama verilməyib.

Ehtiyat hakim Kot d İvuarı təmsil etdiyi üçün oyun davam etməyib. Nəticədə görüş vaxtından əvvəl meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib.