Baş məşqçi qadın hakimə kəllə atdı

Braziliya Espirito Santo ştatının çempionatında keçirilən "Nova Venezia" - "Desportiva Ferroviaria" oyununda xoşagəlməz hadisə yaşanıb.

Sportline.az xəbər verir ki, hakimlər briqadasının işindən narazı qalan qonaq komandanın baş məşqçisi Rafael Soriano görüşün fasiləsində meydançaya qaçaraq hakimə sərt etirazını bildirib. 

Daha sonra o, emosiyalarını saxlaya bilməyib və başı ilə yan xətt hakimi Marselli Nettonun üzünə zərbə endirib. 

Nəticədə Soriano birbaşa qırmızı vərəqə alaraq polis əməkdaşlarının müşayiəti ilə meydanı tərk edib.