"Başakşehir" braziliyalı futbolçu ilə yollarını ayırıb

Türkiyənin "Başakşehir" klubu qışda heyətinə qatdığı Josef De Souza ilə yolları ayırmaq qərarına gəlib.

Sportline.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı yarımmüdafiəçi "Başakşehir" ilə yarım mövsüm ərzində 13 oyuna çıxıb və 1 asist edib.

Qeyd edək ki, Josef daha əvvəl Türkiyədə "Fənərbağça" ve "Beşiktaş"ın uğurları üçün çalışıb. 

Təcrübəli futbolçu "Beşiktaş" ilə 1 dəfə Super Liqanın, 1 dəfə Ölkə Kubokunun və 1 dəfə Super Kubokun qalibi olub.