BATE yeni baş məşqçini açıqladı
BATE-yə yeni baş məşqçi təyin edilib.
Sportline.az xəbər verir ki, bu barədə Belarus klubunun saytı məlumat yayıb.
Minsk təmsilçisi 36 yaşlı Vitali Jukovskinin baş məşqçi vəzifəsinə təyin olunduğunu açıqlayıb. Bu vəzifədə o, Aleksandr Lisovskini əvəzləyib. Jukovski 2010-cu ildən “İsloç” komandasında çalışıb.
Qeyd edək ki, BATE son mövsümü 3-cü yerdə tamamlayıb.