"Bavariya" "Atalanta"nı qəbul edəcək

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulur.

Sportline.az xəbər verir ki, "Bavariya" "Allianz Arena"da "Atalanta" ilə üz-üzə gələcək. İlk oyunda rəqibinə 6-1 hesabı ilə qalib gələn Münhen təmsilçisi demək olar ki, növbəti mərhələni təmin edib.

Almaniya klubunda Sven Ulrayx, Visdom Mayk, David Santos Dayber, Alfonso Deyvis, Yonas Urbiq, Manuel Noyer, Kassiano Kiala və Hiroki İto zədəlidir.

Berqamo təmsilçisində Ciakomo Raspodori zədə, Yunus Musah isə cəza səbəbindən komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, start fiti Bakı vaxtı ilə gecə saat 12-də səslənəcək görüşü fransalı Benua Bastien idarə edəcək.