"Bavariya" "Ayaks"ın müdafiəçisini transfer edib

Almaniyanın "Bavariya" klubu Niderland "Ayaks"ında çıxış edən Nussair Mazraui ilə razılığa gəlib.

Sportline.az "Bild" nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçi Münhen təmsilçisində tibbi müayinədən keçib.

Mərakeşli oyunçu mövsümün sonunda "Bavariya"ya qoşulacaq. Onun illik maaşı təxminən 8 milyon avro olacaq. Transferin yaxın günlərdə açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Nussair Mazraui cari mövsüm "Ayaks"ın heyətində bütün turnirlərdə 33 oyuna çıxıb, 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.