"Bavariya" "Barselona"nı geridə qoydu
"Bavariya" Çempionlar Liqasının qrup mərhələsində 34-cü ev oyununu məğlubiyyətsiz keçirərək, turnirin yeni rekorduna imza atıb. Son turda Münhen klubu "Slovan"ı 3:1 hesabı ilə məğlub edib.
Sportline.az xəbər verir ki, əvvəlki rekord turnirin qrup mərhələsində 34 oyun evdə heç-heçə edən "Barselona"ya məxsus olub.
Ümumi mərhələnin nəticələrinə görə, “Bavariya” turnir cədvəlini 12-ci pillədə başa vurub və Çempionlar Liqasının 1/8 finalına çıxmaq hüququ uğrunda pley-offda çıxış edəcək.