"Bavariya" ÇL oyununa hazırdır

Azarkeşləri UEFA Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turunda maraqlı görüşlər gözləyir.

Sportline.az xəbər verir ki, onlardan biri də A qrupunun “Lokomotiv” – “Bavariya” görüşüdür.

Qrupun favoriti sayılan Münhen komandası ilk görüşdə Madrid “Atletiko”sunu 4 cavabsız qolla məğlub edib. “Lokomotiv” isə “Zalsburq” məhsuldar heç-heçə edib: 2-2. “Bavariya”nın baş məşqçisi Hans-Diter Flik mətbuat konfransında iddialı danışıb.

“Qrupun ilk oyununda 4 cavabsız qolla qalib gəldik. Uğurlu çıxışımızı davam etdirməliyik. İnanıram ki, Moskvadakı oyun bizim qələbəmizlə yekunlaşacaq. Görüşə tam hazırıq. Var-qüvvəmizlə mübarizə aparacağıq”,

Qeyd edək ki, “Lokomotiv” – “Bavariya” görüşü bu gün Bakı vaxtı ilə saat 21:55-də başlanacaq.