"Bavariya" hücumçusu ilə müqaviləni uzatdı

Almaniyanın "Bavariya" klubu futbolçusu Erik Şupo-Motinqin müqaviləsinin müddətini uzadıb.

Sportline.az xəbər verir ki, 32 yaşlı hücumçunun yeni sözləşməsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.

Münhen təmsilçisinin baş məşqçisi Yulian Nagelsman kamerunlu oyuçunun ehtiyat forvard kimi komandada qalmasını istəyib.

Qeyd edək ki, Erik Şupo-Motinq 2020-ci ilin oktaybrında Fransa PSJ-sindən "Bavariya"ya keçib.