"Bavariya" ispaniyalı futbolçuya göz qoydu

Niko Uilliams "Bavariya"in əsas transfer hədəfinə çevrildi.

Sportline.az "Bild" nəşrinə istinadən xəbər verir ki, Almaniya klubu "Atletik Bilbao"nun futbolçusunun nümayəndələri ilə danışıqlara başlayıb.

22 yaşlı vinger də Bundesliqa təmsilçisinə keçməyə etiraz etmir.

Niko Uilliamsı həmçinin "Barselona" heyətinə qatmaq istəyir.  Amma hazırda Kataloniya klubunun futbolçunun müqaviləsində göstərilən 58 milyon avronu ödəməyə gücü çatmır.

"Real Madrid" ispaniyalı vinger ilə maraqlanmır.