"Bavariya" ispaniyalı futbolçuya illik 20 milyon avro maaş təklif edib
"Bavariya" "Atletik Bilbao"nun ispaniyalı futbolçus Niko Uilyams üçün təklif göndərib.
Sportline.az jurnalist Florian Plettenbergin məlumatına istinadən xəbər verir ki, Münhen klubu Uilyamsa illik 20 milyon avro maaş təklif edib.
22 yaşlı futbolçu üçün "Bilbao" klubu 70 milyon avro tələb edir.
Qeyd edək ki, Uilyamsla "Real Madrid" və "Barselona" klublarıda yaxından maraqlanır.
Son qərarı futbolçunun özü verəcək.