"Bavariya" Keynin transfer qiymətini açıqlayıb
"Bavariya" ingiltərəli futbolçusu Harri Keynin transfer qiymətini açıqlayıb.
Sportline.az "Bild" qəzetinə istinadən xəbər verir ki, Münhen klubu Keynin sərbəst qalma məbləğini 54 milyon avro olaraq təyin edib.
31 yaşlı forvard 2023-cü ilin yayında "Tottenhem"dən "Bavariya" klubuna 95 milyon avro qarşılığında transfer olunmuşdu.
Qeyd edək ki, Harri Keynin "Bavariya" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
O cari mövsüm çıxış etdiyi 27 matçda 26 qol və 10 asistlə yadda qalıb.