"Bavariya" Tuxelin əvəzedicisini İngiltərədə axtarır

Brendford klubunun çalışdırııcısı Tomas Frank "Bavariya"nın baş məşqçi postu üçün potensial namizədlər sırasındadır.

Sportline.az xəbər verir ki, bu barədə jurnalist Kristian Falk öz "X" sosial şəbəkəsində məlumat yayıb.

Mənbənin sözlərinə görə, "Bavariya" rəhbərliyi klubun başına İngiltərə Premyer Liqasında çalışan bir məşqçi gətirməyi düşünür.

Tomas Frankla artıq qeyri -rəsmi danışıqların başladığı deyilir.

Qeyd edək ki, 50 yaşlı mütəxəssis 2018-ci ilin oktyabr ayından "Brendford"a rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 2020/2021 mövsümünün sonunda Çempionşipdən Premyer Liqaya yüksəlib.Tomas Frankın komandası bu mövsümü isə 39 xalla 16-cı sırada tamamlayıb və elitada qalmağı bacarıb.