"Bavariya"dan "İnter"ə

"İnter" klubu "Bavariya"nın Cənubi Koreyalı müdafiəçisi Kim Min Jeni heyətinə qatmaq istəyir.

Sportline.az La Gazetta dello Sport-a istindla xəbər verir ki, Səudiyyə Ərəbistanından transfer təklifləri alan Stefan De Vreyin komandadan ayrılacağı təqdirdə İnter, niderlandlı futbolçunun boşluğunu Kim Min Je ilə doldurmaq istəyir.

"Bavariya"nın da oyunçunu satmağa müsbət yanaşdığı bildirilir.

27 yaşlı müdafiəçi ötən mövsüm Münxen klubunun heyətində 36 oyunda 1 qol vurub, 2 asist edib.

Qeyd edək ki, Kim Min Jenin "Bavariya" ilə 2028-ci ilə qədər müqaviləsi var.