"Bavariya"nın futbolçusu "Barselona"ya keçə bilər

"Bavariya"nın almaniyalı futbolçusu Leroy Sane karyerasını "Barselona"da davam etdirə bilər.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu Saneni azad agen kimi heyətinə qatmağı planlaşdırır.

29 yaşlı sağ cinah vingeri "Bavariya" ilə yeni müqavilə imzalamaq niyyətində deyil.

Qeyd edək ki, Leroy Sane Münhen klubu kontraktı bu ayın 30-da başa çatacaq.

O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 45 matçda 13 qol 6 asistlə yadda qalıb.