"Bavariya"nın ulduzu "Mançester Yunayted"in hədəfində

Aleksis Sançezi heyətinə qatan "Mançester Yunayted" daha bir çilili futbolçuya elçi düşüb.

SportLine.az "Mirror"a istinadən xəbər verir ki, söhbət "Bavariya"nın yarımmüdafiəçisi Arturo Vidaldan gedir. 

30 yaşlı futbolçunu komandasında görmək istəyən baş məşqçi Joze Mourinyo yaxın günlərdə keçidin həll olunacağına ümid edir. 

Məlumata görə, A.Vidal da A.Sançezlə birlikdə oynamaq istəyir.