"Bayer Leverkuzen" türkiyəli futbolçunu izləməyə başlayıb

"Bayer Leverkuzen" türkiyəli futbolçunun oyunlarını izləyəcək.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, bu mövsüm uğurlu çıxışı ilə diqqət mərkəzinə düşən Almaniya nəhəngi diqqətini "Qalatasaray" klubunun gənc futbolçusu Barış Alpər Yılmaza çevirib.

Komandanın baş məşqçisi Xavi Alonso gənc hücumçunun oyunlarını izləmələri üçün skautlarına tapşırıq verib.

Qeyd edək ki, "Qalatasaray" klubu Barış Alpər üçün minimum 25 milyona vro tələb edir.