"Bayer" - "Roma": Heyətlərdə itkilər var

Bu gün Avropa Liqasında finalçılar müəyyənləşəcək.

Sportline.az xəbər verir ki, ilk oyunda doğma meydanda 1-0 hesabı ilə qalib gələn "Roma" səfərdə də azarkeşlərini sevindirmək niyyətindədir. Amma, "Bayer"lə görüşdə bu tapşırığı yerinə yetirmək asan olamayacaq.

Hər iki komandanın heyətində ciddi itkilər var. Meydan sahiblərindən Andric, Bellarabi, Patrik Şik zədəli olduğundan komandasına kömək edə bilməyəcək.

Qonaqlarda isə Karsdrop, Kubmulla və Lorente Jose Mourinyonun sərəncamında olmayacaq. 

Dibala, El Şaravi və Smollinqin oynayıb oynamayacağı isə sual altındadır.

Bakı vaxtı ilə 23:00-da başlanacaq oyunu slovakiyalı hakim Slavko Vinçiç idarə edəcək.