"Bayer" Virtsə qiymət qoydu
"Bayer" almaniyalı futbolçusu Florian Virtsin transfer qiymətini açıqlayıb.
Sportline.az "Bild" qəzetinə istinadən xəbər verir ki, Almaniya klubu Virts üçün 125 milyon avro tələb edir.
"Real Madrid", "Bavariya" və "Mançester Siti" 21 yaşlı futbolçunu transfer etmək istəyən klubların siyahısında yer alır.
Qeyd edək ki, Virts bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 40 matçda 15 qol və 13 məhsuldar ötürmə müəllifi olub.
Onun "Bayer"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.