Bədavi "Atletiko" ilə cavab oyununu buraxa bilər
"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynovun zədəsi ciddidir. SportLine.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin kapitanı Rəşad Sadıqov məlumat verib.
Onun sözlərinə görə, futbolçu "Atletiko" ilə Madriddəki oyunu buraxa bilər.
Qeyd edək ki, B.Hüseynov "Qarabağ" - "Atletiko" matçının sonlarında rəqiblə mübarizə vaxtı diz nahiyəsindən xəsarət alıb.