Bədavi Hüseynov 3 həftə oynamayacaq
UEFA Çempionlar Liqasının 3-cü turu çərçivəsində keçirilən "Qarabağ" - Atletiko" matçında zədələnən Bədavi Hüseynovun vəziyyətinə aydınlıq gəlib. SportLine.az xəbər verir ki, müayinədən sonra futbolçunun zədəsinin ciddi olduğu müəyyənləşib.
Klubun yaydığı məlumatda müdafiəçinin üç həftə yaşıl meydanlardan kənar qalacağı deyilir.
Bununla da, B.Hüseynov "Atletiko" ilə cavab matçından kənarda qalacaq.