Bədavi Hüseynov Almaniyada əməliyyat olunacaq
Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" klubunun aparıcı futbolçusu Bədavi Hüseynov əməliyyat olunacaq.
SportLine.az Futbol11.az saytına istinadən xəbər verir ki, millimizin müdafiəçisinin əməliyyatı ölkə xaricində reallaşacaq.
Belə ki, ÇL-in qrup mərhələsinin III turunda "Atletiko" ilə matçın (0:0) son dəqiqələrində zədə alan oyunçu Almaniyada yüngül əməliyyat keçirəcək. Onun yaxın 1-2 gün ərzində əməliyyat masası arxasında uzanacağı gözlənilir.
Hüseynov əməliyyatdan sonra bir müddət istirahət etməli olacaq. Həkimlər onun təxminən 3 həftədən sonra fərdi məşqlətə başlayacağını məqsədəuyğun sayıblar.
Qeyd edək ki, Hüseynov bu gün Almaniyaya yola düşəcək.