Bekir Sarılmışer: "Bakıda yoxluğumuz hiss olunmayacaq"

"Ümid edirəm ki, Bakıdakı "Qalatasaray" azarkeşləri yoxluğumuzu hiss etdirməyəcəklər".

Bunu Sportline.az saytına açıqlamasında "Qalatasaray" klubunun Mersin fan-klubunun rəhbəri Bekir Sarılmışer deyib.

Martın 26-da Bakıda keçiriləcək xeyriyyə matçını böyük səbirsizliklə gözlədiklərini bildirən Bekir Sarılmışer hər iki komandanın ifasında baxımlı oyuna ümid bəslədiyini vurğulayıb: "Təəssüf ki, hazırkı vəziyyətlə əlaqədar Bakıya gələ bilməyəcəyik. Amma ürəyimiz ora ilə döyünəcək. Azərbaycanda da klubumuzun yetərincə fanatı olduğunu bilirəm. İnanıram ki, onlar bizim yoxluğumuzu hiss etdirməyəcəklər".

Qeyd edək ki, "Qarabağ" - "Qalatasaray" xeyriyyə matçı martın 26-da "Bakı Olimpiya Stadionu"nda keçiriləcək.