Belarus - Azərbaycan görüşünün hakimləri bilindi
Futbol üzrə Azərbaycan və Belarus milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun hakimləri açıqlanıb.
Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Moldovadan olan hakimlər briqadasına həvalə edilib.
Baş hakim Dumitru Munteana, Vadim Vikol və Vladislav Lifciu kömək edəcək.
Qeyd edək ki, bu gün Minskdəki "Dinamo" Milli Olimpiya Stadionundakı oyunun start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.