Belçikalı azarkeşlər Ukrayna ilə oyundan sonra komandanı fitə basıblar
Almaniyada keçirilən Avropa Çempionatının 3-cü turunda Ukrayna ilə oyundan sonra Belçika millisinin azarkeşləri komandanı fitə basıblar.
Sportline.az xəbər verir ki, bu barədə Sporza nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, “qırmızı şeytanlar”ın çıxışından narazı qalan azarkeşlər oyunçuları fitə basaraq tənqid ediblər. Vəziyyəti görən millinin kapitanı Kevin de Bruyne isə azarkeşlərlə salamlaşmadan komandanı soyunub-geyinmə otağına aparıb.
Belçika seçməsi E qrupunun yekununa əsasən 4 xalla ikinci yeri tutub. Tedeskonun komandasının 1/8 final mərhələsindəki rəqibi Fransa millisi olacaq, onların görüşü iyulun 1-də baş tutacaq.
Qeyd edək ki, bu qrupda Belçika ilə birgə növbəti mərhələyə yüksələn komandalar Rumıniya və Slovakiya olub.