“Benfika” – “Barselona”: Düşərgələrdəki son durum
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turuna bu gün start verilir.
Sportline.az xəbər verir ki, turun ilk oyun günündə 9 görüş olacaq. Gecənin mərkəzi matçı Portuqaliyada keçiriləcək. "Benfika" "Barselona" ilə qarşılaşacaq.
Heyətlərə nəzər saldığda “Benfika”da əsas itki Renato Sançesin adı ilə bağlıdır.
“Barselona”da isə Dani Olmo, İniqo Martinez və Mark Bernal zədə səbəbindən komandasına kömək edə bilməyəcək. Oyunun ədalət təmsilçisi niderlandlı hakim Daniele Makkeli olacaq.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə gecə yarısı saat 12-də başlanacaq.