"Benfika" - "Barselona" matçında sonra dava düşüb

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunun "Benfika" - "Barselona" görüşündən sonra dava düşüb.

Sportline.az xəbər verir ki, bu haqda COPE-nin jurnalisti Viktor Navarro sosial şəbəkədə məlumat paylaşıb.

Onun sözlərinə görə, dava final fitindən sonra, futbolçular paltar dəyişmə otağına yollanarkən olub.

"Tuneldən səs-küy gəldi, polislər işə qarışdılar. İnsidentdə Rafinya, Erik Qarsiya və "Barsa"nın bir nümayəndəsi də iştirak edir. Polis paltardəyişmə otağına cummaq istəyən Rafinyanı oradan uzaqlaşdırdı", - deyə Navarro hadisə yerindən yaydığı məlumatda bildirib.

İnsidentin yerli futbolçuların Rafinyanı təhqir etməsi səbəbindən yarandığı deyilir.

Qeyd edək ki, "Benfika" - "Barselona" matçı 4-5 hesabı ilə nəticələnib.