Benjamin Şeşko Avropa nəhənglərinin hədəfindədir

"Leipziq"in sloveniyalı futbolçusu Benjamin Şeşko Avropa nəhənglərinin transfer hədəfinə çevrilib.

Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, "Arsenal", "Çelsi", "Liverpul" və "Mançester Yunayted" Şeşkonu transfer etmək istəyən klubların siyahısında yer alır.

22 yaşlı forvard üçün "Leipziq" 70 milyon avro tələb edir.

Qeyd edək ki, Şeşkonun klubla müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 45 matçda 21 qol 6 məhsuldar ötürmə müəllifi olub.