Benjamin Şeşko karyerasını “Dumanlı Albion”da davam etdirə bilər

“Leipziq”in sloveniyalı futbolçusu Benjamin Şeşkonun mövsümün sonunda klubdan ayrılacağı gözlənilir.

Sportline.az “Caught Offside” nəşrinə istinadən xəbər verir ki, “Arsenal” klubunun rəhbərliyi B.Şeşko üçün mövsümün sonunda “Leipziq”ə 60 milyon avro ödəməyə hazırdır.

“Arsenal”ın rəhbərliyi oyunçunun meneceri ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Şeşkonun “Leipziq”lə müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.