"Benzema sabah oynayacaq"

"Real"ın zədəsini yeni sağaldan futbolçusu Kərim Benzema sabah La Liqanın  7-ci turunda "Osasuna" ilə matçda meydana çıxacaq.

Sportline.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçis Karlo Ançelotti bildirib. O deyib: "Benzema çox yaxşıdır. O, sabah oynayacaq. Fiziki durumu da əladır".

Qeyd edək ki, sabah keçiriləcək "Real" - "Osasuna" görüşü Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Banner