Benzemadan yüksək göstərici
“Real”ın futbolçusu Kərim Benzema Madrid klubunda ən çox oyun keçirən iki legionerdən biridir.
Sportline.az xəbər verir ki, fransalı hücumçu ötən gün Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda Münhenqladbax “Borussiya”sı ilə oyuna (2:0) çıxmaqla komandanın sabiq futbolçusu Roberto Karlosun rekordunu təkrarlayıb.
Dubl etdiyi görüş Benzemanın Madrid klubundakı 527-ci oyunu olub. Roberto Karlos da “kral klubu”nda eyni sayda oyun keçirib.