Berluskoni "Milan"ı çinlilərə satdı
İtaliyanın "Milan" klubunun prezidenti Silvio Berluskoni səhmlərin böyük hissəsini çinlilərə satıb. SportLine.az "TuttoSport"a istinadən xəbər verir ki, Berluskoni maddi durumu ağır olan klubu çətin vəziyyətdən çıxarmaq üçün bu addımı atıb. Mətbuata açıqlamasında, "İdarəçiliyi çinli sponsora həvalə edirəm. "Milan"ın əvvəlki əzəmətini qaytarmaq üçün, bu, vacib idi. Qarşıdakı iki il ərzində transferlər üçün 400 milyon avro vəsait ayrılacaq", - Berluskoni deyib.
Qeyd edək ki, səhmlərin 80%-ini alan çinlilər bunun müqabilində 750 milyon avro ödəyiblər. Razılaşmaya əsasən klubun bütün idarəçiləri çinlilər olacaq.