Bernardo Silva İspaniya nəhənginə transfer ola bilər

"Mançester Siti"nin portuqaliyalı futbolçusu Bernardo Silva "Barselona"nın transfer siyahısında yer alıb. 

Sportline.az "Diario Sport"a istinadən xəbər verir ki, Kataloniya klubu Bernardo Silva üçün mövsümün sonunda "Mançester Siti"yə rəsmi təklif göndərəcək.

30 yaşlı futbolçunun transfer dəyəri 45 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Bernardo Silva bu mövsüm çıxış etdiyi 42 matçda 3 qol 4 asistlə yadda qalıb.