"Beşiktaş" 10 milyonluq təklifi rədd etdi
Səs-küylü Cenk Tosun transferinin ardından "Beşiktaş"a növbəti təklif gəlib. SportLine.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Leverkuzen "Bayer"i Tolqay Arslan üçün "qara qartal"ın qapısını döyüb.
Futbolçunun keçidi üçün 10 milyon avro ödəməyə hazır olan Bundesliqa klubuna "yox" cavabı verilib.
Məlumata görə, baş məşqçi Şenol Güneş futbolçunun keçidinə razı olmayıb.
Xatırladaq ki, C.Tosun 27 milyon funt-sterlinq müqabilində "Everton"a keçib.