Argentina millisinin üzvü “Beşiktaş”da

“Beşiktaş” heyətini “Udineze”nin futbolçusu ilə gücləndirib.

 Sportline.az fotomaç.com.tr-yə istinadla xəbər verir ki, istanbullular udinelilərlə müqaviləsi bitən argentinalı Roberto Pereyra ilə

razılıq əldə ediblər.

“Qara qartallar” 32 yaşlı yarımmüdəfiəçi ilə 2 illik müqavilə imzalayıblar.

Qeyd edək ki, Pereyra Argentina milli komandasının da üzvüdür.

O, millinin heyətində meydana çıxdığı 19 oyunda 2 qolla yadda qalıb.