"Beşiktaş" argentinalı futbolçu transfer edir
Roberto Pereyra karyerasını Türkiyədə davam etdirə bilər.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, “Beşiktaş” argentianlı futbolçunun xidmətində maraqlıdır.
“Qara qartallar” “Udineze” ilə anlaşması başa çatan futboçuya 3 illik müqavilə təklif ediblər.
İtaliya klublarından “İnter” və “Milan”ın da diqqət mərkəzində olan Pereyra qərar verməkdə çətinlik çəkdiyini deyib.
Qeyd edək ki, argentinalı futbolçu “Udineze” forması ilə çıxdığı 200 qarşılaşmada 23 qol, 33 asist ilə yadda qalıb.