"Beşiktaş" "Barselona"nın futbolçusunu istəyir

"Beşiktaş" "Barselona"nın 32 yaşlı futbolçusu ilə maraqlanır.

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, "qara-qartallar" təcrübəli müdafiəçi Oriol Romeu üçün rəsmi təklif göndərməyə hazırlaşırlar.

İspaniya mediası "Barselona" klubunun Oriol ilə mövsüm sonunda yolları ayırmaq istədiyi bildirilib.

Qeyd edək ki, "Beşiktaş" qış transfer pəncərəsində də Oriol Romeu üçün təklif göndərsə də keçid gerçəkləşməmişdi.