"Beşiktaş" daha bir ulduzu İstanbula gətirməyə hazırlaşır

Heyətini Qabriel Paulista və Rafa Silva ilə gücləndirən "Beşiktaş" klubu daha bir transferini reallaşdırmağa yaxındır.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Türkiyə klubu "Atletiko Madrid"dən ayrılan Mario Hermoso ilə danışıqlara başlayıb.

Klub futbolçuya illik 3 milyon avro təklif edir, Hermosonun tələbi isə 4 milyondur.

Xəbərdə tərəflərin yaxın günlərdə görüşəcəyi bildirilir.

Qeyd edək ki, 29 yaşlı müdafiəçi ötən mövsüm La Liqada 45 oyunda 2 qol və 2 asistlə çıxış edib.