"Beşiktaş" hücum xəttini gücləndirmək qərarına gəlib
"Beşiktaş" hücum xəttini gücləndirmək qərarına gəlib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, İstanbul nəhənglərindən olan "Beşiktaş" hücum xətti üçün 2 futbolçu ilə birdən danışıqlara başlaya bilər.
Belə ki, söhbət hazırda "Fulhem" klubunun şərəfini qoruyan Raul Ximenes və "Ştutqard" klubunda icarə əsasında çıxış edən Deniz Undavdan gedir. "Qara-qartallar" hər iki futbolçu üçün təklif göndərməyə hazırlaşır.
Qeyd edək ki, Deniz Undav icarə əsasında çıxış etmək istəmədiyi üçün "Beşiktaş" klubu ilə razılıq əldə etməyə çox yaxındır.