"Beşiktaş" ingiltərəli futbolçunu heyətinə qatıb
Ötən mövsümü "Milan"da icarə əsasında keçirən ingiltərəli futbolçu Temmi Abraham karyerasını "Beşiktaş"da davam etdirəcək.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb.
27 yaşlı forvard İstanbul klubu ilə 4 illik müqavilə imzalayıb.
Qeyd edək ki, "Beşiktaş" Abraham üçün "Roma"ya 20 milyon avro ödəyəcək.
O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 45 matçda 10 qol 7 məhsuldar ötürmə müəllifi olub.