"Beşiktaş"da köklü dəyişikliklər gözlənilir
Yeni mövsümün hazırlıqlarını davam etdirən "Beşiktaş"da 9 futbolçu ilə yolların ayrılacağı bildirilib.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, bir tərəfdən transfer çalışmalarını davam etdirən "Beşiktaş"da digər tərəfdən isə klubdan ayrılacaq oyunçuların adları müəyyənləşir.
Xəbərdə bildirilir ki, Valentin Risier, Vinsent Abubakar, Xavi Montero, Jean Onana, Aydin Hasiç, Daniel Amartey, Ante Rebiç, Omar Koli və Artur Masuaku İstanbul təmsilçisinin növbəti mövsüm planlarında yer almır.
Bu oyunçularla bağlı yekun qərarı baş məşqçi Van Bronkhorstun verəcəyi bildirilir.
Qeyd edək ki, "Beşiktaş" ötən mövsümü Super Liqada lider "Qalatasaray"ın 35 xal gerisində 3-cü pillədə tamamlamışdı.