"Beşiktaş" mövsüm öncəsi ilk yoldaşlıq oyununu keçirib

"Beşiktaş" baş məşqçi Van Bronkhorstun rəhbərliyi altında ilk oyununa çıxıb.

Sportline.az xəbər verir ki, "Qara-qartallar" Nevzat Demir Təsislərində keçirilən görüşdə "Ümraniyespor"la qarşılaşıb.

Matç 0-0 hesablı bərabərliklə yekunlaşıb.

Beləliklə, Van Bronkhorst "Beşiktaş" karyerasında çıxdığı ilk oyundan bərabərliklə ayrılıb.

Qeyd edək ki, Türkiyə klubunun növbəti yoldaşlıq oyunlarında "Dinamo Zaqreb", "Şaxtyor Donetsk" və "Qrazer" klubu ilə qarşılaşacaq.

Banner