"Beşiktaş" müdafiə xəttini 2 futbolçu ilə gücləndirmək istəyir

"Beşiktaş" müdafiə xəttini 2 futbolçu ilə gücləndirmək istəyir.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "qara-qartallar" mövsüm sonunda "Boka Juniyors"dan Nikolas Valentini, "Estiudantes"dən isə Zaid Romeronu transfer etmək niyyətindədirlər.

Türkiyə mediası "Beşiktaş" klubunun "Boka Juniyors"la danışıqları yekunlaşdırıdığını və Nikolas Valentin üçün razılıq aldığını bildirib.

Qeyd edək ki, "Estiudantes"klubu isə Zaidi Romeroya yeni müqavilə təklif etməyəcəyindən futbolçu "qara-qartallar"a atıla bilər.