"Beşiktaş" Premyer Liqadan futbolçu transfer edir

Cenk Tosunu "Everton"a satan "Beşiktaş" heyətdəki boşluğu doldurmağa yaxındır. SportLine.az goal.com saytına istinadən xəbər verir ki, "qara qartal" Xaviyer Hernandezlə razılığa gəlib.

Hazırda "Vest Hem"in şərəfini qoruyan "Çiçarito" ləqəbli futbolçuya illik 3,5 milyon avro təklif edib. 

"Beşiktaş"ın meksikalı hücumçunun keçidi üçün 8,5 milyon avro təzminat ödəyəcəyi bildirilib.

Qeyd edək ki, X.Hernandez "Mançester Yunayted", "Real", "Bayer" kimi klubların şərəfini qoruyub.