"Beşiktaş" Şenol Günəşlə müqavilə yenilədi
"Beşiktaş" baş məşqçisi Şenol Günəşlə razılığa gəlib. SportLine.az "Fanatik"ə istinadən xəbər verir ki, yeni müqaviləyə əsasən, mütəxəssis 2019-cu ilin may ayınadək "qara qartal"ı çalışdıracaq.
Ş.Günəş ilinə 2.5 milyon avro qazanacaq.
Qeyd edək ki, "Beşiktaş" mütəxəssisin rəhbərliyi ilə ardıcıl iki mövsümdə Super Liqanın qalibi olub.