“Beşiktaş” son dəqiqədə 3 xalı əldən verdi

Türkiyə Süper Liqasının 8-ci turunda “Beşiktaş” səfərdə “Qaziantep”lə qarşılaşıb.

Sportline.az xəbər verir ki, görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Matçda hesabı “Beşiktaş”dan Çiro İmmobile 31-ci dəqiqədə penaltidən açıb. “Qaziantep”də isə qolu Aleksandru Maksim 95-ci dəqiqədə vurub.

Qeyd edək ki,”Beşiktaş” 17 xalla 3-cü, “Qaziantep” isə 5 xalla 16-cı pillədə yer alır.